Rusiyada yeni 5 min rublluq əskinaslar dövriyyəyə buraxılır | Banco.az

Rusiyada yeni 5 min rublluq əskinaslar dövriyyəyə buraxılır

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyanın bölgələrində yeni 5 min rublluq əskinaslar buraxılmağa başlayıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Bankının Altay və Perm ərazilərindəki yerli filialları  məlumat yayıb.

“Onlar dövriyyəyə buraxılıb. Kəmiyyəti açıqlaya bilmərik, amma köhnə əskinasların yeniləri ilə əvəzlənməsi tədricən olacaq. Bu, sürətli proses deyil”, - Rusiya Bankının Barnaul filialının eksperti Yuliya Lujnova bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni beşminlik əskinas Yekaterinburq və Ural Federal Dairəsinin görməli yerlərini təsvir edir: ön tərəfdə “Avropa-Asiya” stelası, arxa tərəfdə isə  Çelyabinskdəki “Ural nağılı” abidəsinin təsviri yer alıb.

Rusiya Bankı əlavə edib ki, yeni əskinaslarda gücləndirilmiş təhlükəsizlik kompleksi var. Eyni zamanda, yeni əskinaslar yalnız 2024-cü ilin noyabr və dekabr aylarında bölgələrdə daha geniş tədavülə çıxacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et