Rusiyada yaşayış icazəsi ilə bağlı yeni qaydalar müəyyənləşib | Banco.az

Rusiyada yaşayış icazəsi ilə bağlı yeni qaydalar müəyyənləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya prezidenti Vladimir Putin ənənəvi dəyərləri dəstəkləyən və “neoliberal dəyərlərə” qarşı çıxan əcnəbilərin Rusiyada yaşamaq icazəsi almasını asanlaşdırıb.

Banco.az xəbər verir ki, Vladimir Putin bu məsələ ilə bağlı sərəncam imzalayıb.

Sözügedən sərəncamla bəzi əcnəbilərin Rusiyada yaşamaq icazəsi alması prosesi sadələşdirilib.

Belə ki, ənənəvi dəyərləri dəstəkləyən və neoliberal dəyərlərə qarşı çıxan əcnəbilərin ölkədə yaşayış icazəsi alması asanlaşdırılıb ki, sözügedən əcnəbilər rus dili, Rusiya tarixi və qanunlarını əhatə edən imtahanlardan da azad olunacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Sərəncama əsasən, Rusiya hökuməti öz vətəndaşlarına “dağıdıcı neoliberal ideyaların tətbiq edildiyi” ölkələrin siyahısını da hazırlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram