Rusiyada "Viber" messenceri bloklanıb | Banco.az

Rusiyada "Viber" messenceri bloklanıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Roskomnadzor” Rusiya qanunvericiliyinin tələblərini pozduğuna görə ölkədə “Viber” messencerinə girişi məhdudlaşdırıb.

Banco.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Viber” rəhbərliyi messencerdən terror və ekstremist məqsədlər üçün istifadə edənlərə qarşı təhlükəsizlik tədbirlərinə əməl etməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qurum əlavə edib ki, giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb: "Onun həyata keçirilməsi vətəndaşların işə götürülməsi, narkotik vasitələrin satışı, habelə qeyri-qanuni məlumatların yerləşdirilməsi ilə əlaqədar təhdidlərin qarşısını almaq üçün zəruridir".

Qeyd edək ki, “Viber” “Rakuten” şirkəti tərəfindən hazırlanmış mesajlaşma və səsli rabitə proqramıdır. Proqram “Viber Media” tərəfindən hazırlanmış və ilk dəfə 2010-cu ildə istifadəyə verilmişdir.