Rusiyada vergi borcları son iki ildə azalıb | Banco.az

Rusiyada vergi borcları son iki ildə azalıb

2019-cu ilin yekunlarına əsasən, büdcəyə borclar 6 faiz, yaxud 120 milyard rubl (3,21 milyard manat) azalıb. 2017-ci illə müqayisə etdikdə vergi ödəyicilərinin könüllü ödəmə intizamı 2,5 dəfədən çox artıb. Rusiya Federal Vergi Xidmətinin mətbuat ofisinin açıqlamasında bu göstəriciyə borcların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və vergi inzibatçılığında xidmət səviyyəsinin yüksələməsi sayəsində nail olunduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

İndi borcların təsnifatının aparılmasına imkan yaradılıb. Cəza tədbirləri isə vergi ödəyicisinin maddi vəziyyəti və ödəmə intizamı nəzərə alınmaqla müəyyənləşdirilir.

Ödəmə sənədlərinin tərtibatı zamanı səhv buraxıldıqda ödənişlərin dəqiqləşdirilməsi alətləri təkmilləşdirilib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et