Rusiyada "Pensiya sığortası haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Müvafiq qanun layihəsi vəfat etmiş şəxslərin pensiyalarının onların varislərinə verilməsini nəzərdə tutur.
Sənədin bu gün Rusiya Dövlət Dumasında müzakirə edilməsi gözlənilir.
“Hökumət Pensiya Fonduna ödəniş edən hər bir vətəndaşa həmin vəsaitin hansısa formada geri qayıdacağına təminat verməlidir” - deyə qanun layihəsinin müəlliflərindən biri bildirib.
report.az