Rusiyada “TikTok” cərimələnib | Banco.az

Rusiyada “TikTok” cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Moskvanın Taqanski Məhkəməsi “TikTok” sosial şəbəkəsini Rusiyada qadağan olunmuş məlumatlara girişin məhdudlaşdırılması prosedurunu pozduğuna görə cərimələyib.

Banco.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, platforma İnzibati Xətalar Məcəlləsinin qadağan olunmuş məlumatlara girişin məhdudlaşdırılması və ya onun silinməsi qaydalarından bəhs edən 13.41-ci maddəsinin 2-ci hissəsinin pozulmasında təqsirli bilinib. Məhkəmə sosial şəbəkəyə 3 milyon rubl cərimə kəsib.

Qeyd olunub ki, qanun pozuntusu təkrarlanarsa, cərimə şirkətin illik gəlirinin ümumi məbləğinin onda birinə qədər artırılacaq.