Rusiyada sənaye istehsalı 4,4 faiz artıb | Banco.az

Rusiyada sənaye istehsalı 4,4 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə ilin birinci yarısında 4,4 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqladığı məlumatlara görə, ölkənin sənaye istehsalı iyun ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə illik müqayisədə 1,9 faiz artıb.

Rusiyada sənaye istehsalı ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 4,4 faiz artım göstərib.

Mütəxəssislər xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyanın müdafiə sənayesi istehsalında əhəmiyyətli artım olduğunu vurğulayırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, bir çox Qərb şirkətlərinin Rusiyadan getməsi və onların yerinə yerli şirkətlər gəlməsi də sənaye istehsalının artmasında rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram