Rusiyada rəqəmsal rublun istifadəsinə başlanılır | Banco.az

Rusiyada rəqəmsal rublun istifadəsinə başlanılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Prezidenti Vladimir Putin ölkədə rəqəmsal rublun istifadəsi haqqında qanunu təsdiqləyib.

Banco.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiyada rəqəmsal rubldan istifadəyə başlanılacaq.

Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.

Fərmanda həmçinin qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram