Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyada qızıl istehsalı noyabr ayında 5,6% artıb.
Banco.az xəbər verir ki, Rosstat-ın (Federal Dövlət Statistik Xidməti) verdiyi məlumata görə, Rusiya noyabr ayında qızıl istehsalını (emal olunmamış, yarımemal olunmuş və ya toz halında) ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artırıb. Oktyabr ayı ilə müqayisədə bu rəqəm 14,7% azalıb.
Ümumilikdə, 11 ayın nəticələrinə əsasən, Rusiya Federasiyasında qızıl istehsalının həcmi ötən ilin eyni dövrünün nəticəsini 5,7% üstələyir.
Qeyd edək ki, “Rosstat” qızıl istehsalı ilə bağlı mütləq rəqəmləri dərc etmir.
