Rusiyada qeyri-iş həftəsinin müddəti uzadılıb | Banco.az

Rusiyada qeyri-iş həftəsinin müddəti uzadılıb

Rusiyada qeyri-iş həftəsinin müddəti aprelin 30-a kimi uzadılıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə xalqa müraciətində bildirib.

O, koronavirus təhlükəsinin hələ də qaldığını vurğulayıb.

“Buna görə də mənim tərəfimdən əmək haqları saxlanılmaqla, aprelin 30-a qədər qeyri-iş həftəsinin uzadılması haqqında qərar verilib", - deyə Rusiya Prezidenti qeyd edib.

V. Putin koronavirus epidemiyası ilə mübarizə aparan həkimlərə xüsusi təşəkkürünü bildirib.

APA