Rusiyada palma yağına tətbiq olunan ƏDV ikiqat artırılıb | Banco.az

Rusiyada palma yağına tətbiq olunan ƏDV ikiqat artırılıb

Dövlət Dumasının qərarı ilə palma yağı əlavə dəyər vergisi (ƏDV) güzəşti verilmiş məhsulların siyahısından çıxarılıb və ona tətbiq olunan ƏDV-nin dərəcəsi 10 faizdən 20 faizə qaldırılıb. Bununla yanaşı, deputatlar üzüm də daxil olmaqla bir neçə meyvə və giləmeyvəni güzəştli məhsulların siyahısına salıblar. Palma yağına verginin artırılmasının səbəbi kimi rusiyalıların tərkibində bu yağ olan məhsulların insan sağlamlığına ziyanı barədə kütləvi şikayət etdikləri göstərilir. Südün ucuz əvəzləyicisi olan palma yağının tərkibindəki palmitin turşusu orqanizmə düşərkən kalsium ilə fəal reaksiyaya girərək həll olmayan birləşmə yaradır. Həmin maddənin izafi qəbulu sümük toxumalarındakı minerallaşmanın azalmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Dumanın qərarında göstərilib ki, palma yağına qoyulan ƏDV-nin dərəcəsinin artırılmasından gələn əlavə daxilolmalar südlük heyvandarlıqda məhsuldarlığın inkişaf etdirilməsinə yönəldiləcək.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et