Rusiyada noyabr ayında inflyasiya sürətlənib | Banco.az

Rusiyada noyabr ayında inflyasiya sürətlənib

Müəllif - Aida İsaq, Banco.az

Cari ilin noyabrın 8-dən 14-dək Rusiyada inflyasiya 0,06% təşkil edib. 

Banco.az xəbər verir ki, Rusiyanın Dövlət Statistika Xidmətinin hesabatına görə, qeyd olunan dövrdə peçenyelərin qiymətləri 0,5%, toyuq yumurtasının qiymətləri 0,4%, mal əti, dondurulmuş balıq, makaron və qara çay 0,2%, sterilizə edilmiş südün, buğda ununun qiymətləri bahalaşıb.

Noyabrın əvvəlindən ölkədə istehlak qiymətlərinin 0,07%, ilin əvvəlindən isə 10,74% artdığı qeyd olunur. İllik ifadədə inflyasiya 14 noyabr 2022-ci il tarixinə 12,39% təşkil edib.

Sentyabrda ərzaq qiymətlərində artım 0,38% deflyasiyaya qarşı 0,28% təşkil edib. Eyni zamanda, 2021-ci ilin dekabr ayı ilə müqayisədə oktyabr ayında ərzaq məhsullarının qiymətləri 9,19% bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram