Rusiyada noutbukların satışı yarıbayarı azalıb | Banco.az

Rusiyada noutbukların satışı yarıbayarı azalıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada noutbukların satışı iki dəfədən çox yəni 55 faiz azalıb. Banco.az xəbər verir ki, bu nəticələr üçüncü rübə məxsusdur. İlin əvvəlindən azalma 32 faiz təşkil edib. 

Pərakəndə satış seqmenti korporativ sektordan daha az zərər çəkib. Biznes analitiki Anton Fominin fikrincə, bu vəziyyət şirkətlərin satınalma prosedurlarını da mürəkkəbləşdirib. Bazarda mövcud olan qurğuların texniki xüsusiyyətlərinə görə korporativ alıcıları qane etmədiyi və lazımi noutbukların tapılmadığı güman edilir. 

Bununla yanaşı, ekspert ilin sonuna kimi pərakəndə satış nəticələrinin yaxşılaşacağını, bazarın kiçilməsinin illik ifadədə 35 faizə qədər yumşalacağını proqnozlaşdırıb. Sentyabrda cihazların orta qiyməti 55,6 min rubla qədər azalıb ki, bu da bir il əvvəllə müqayisədə 2,5 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, alıcılar daha çox güclü oyun noutbuklarına üstünlük verir ki, bu isə ucuz modelləri bazarda sıradan çıxarır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et