Rusiyada məişət texnikasının satışı üçün ƏDV bazası müəyyənləşdiriləcək | Banco.az

Rusiyada məişət texnikasının satışı üçün ƏDV bazası müəyyənləşdiriləcək

Rusiya Dövlət Dumasının deputatları fiziki şəxslərdən alınmış elektron və məişət texnikasının satışı üçün əlavə dəyər vergisi (ƏDV) bazasının müəyyənləşdirilməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul ediblər.

Hazırda Rusiyada fiziki şəxslərdən satış məqsədilə alınmış avtomobillərin satışı üçün ƏDV üzrə vergi bazasının müəyyənləşdirilməsinə dair xüsusi qaydalar tətbiq edən qanun qüvvədədir. Rusiyanın Vergi Məcəlləsinə əsasən, vergi bazası qarşılıqlı əlaqədə olan insanlar arasında alğı-satqının vergiyə cəlb edilməsinin ümumi qaydalarına uyğun olaraq müəyyənləşdirilən qiymətlə həmin nəqliyyat vasitəsinin alış qiyməti arasındakı fərq kimi hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Dumanın təsdiqlədiyi yeni layihə fiziki şəxslərdən satış məqsədilə alınmış elektron və məişət cihazlarının Rusiya hökuməti tərəfindən təsdiqlənmiş siyahı üzrə müəyyən qisminin ƏDV bazasının eyni qayda ilə müəyyənləşdirilməsi təklif edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et