Rusiyada kriptovalyuta istehsalı qanuniləşib | Banco.az

Rusiyada kriptovalyuta istehsalı qanuniləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada kriptovalyuta mayninqi (istehsalı) qanuniləşib.

Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin kriptovalyuta istehsalının leqallaşdırılması haqqında qanunu təsdiqləyib.

Putinin imzaladığı fərmanla ölkədə kriptovalyuta istehsalı noyabr ayından etibarən qanuniləşəcək. Fərmana əsasən, Rusiya hökumətinin müəyyən etdiyi fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji sərfiyyatı limitlərini aşmamaq şərti ilə kriptovalyutaları hasil edə biləcəklər.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2021-ci ildə hazırladığı hesabatla ölkədə kriptovalyutaların tamamilə qadağan edilməsini tələb etmişdi. Ancaq Ukrayna müharibəsindən sonra Rusiya bankları SWIFT ödəniş sistemindən çıxarıldıqdan sonra ölkədə kriptovalyutalar getdikcə geniş yayılmağa başlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina iyulun 30-da verdiyi açıqlamada kriptovalyutaların beynəlxalq ödənişlərdə istifadəsinə ilin sonuna kimi başlaya biləcəyini bəyan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram