Rusiyada keçirilən prezident seçkilərində “Exit Poll” blokçeyn texnologiyasından istifadə etməklə keçiriləcək | Banco.az

Rusiyada keçirilən prezident seçkilərində “Exit Poll” blokçeyn texnologiyasından istifadə etməklə keçiriləcək

Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi(ÜİRÖM) 18 mart 2018-ci ildə Rusiyada keçirilən prezident seçkilərində eqzitpolun (Exit Poll- çıxışda sorğu demək) keçirilməsi zamanı blokçeyn texnologiyasının elementlərindən istifadə etmək niyyətindədəir.

Bu layihə, elektoral araşdırmalar çərçivəsində paylanmış məlumatların saxlanılması sistemindən dünyada istifadə edilən nümunələrdən birinə çevriləcəkdir. Layihə seçki məntəqəsinin çıxışındakı sorğudan(Exit Poll) əldə olunan məlumatların xüsusi blokçeyn- yaddaşında saxlanılmasını nəzərdə tutur. Bu data məlumatlarının kənardan hansısa dəyişikliyə məruz qalmasına imkan verməməklə yanaşı haker hücumlarının səmərəliliyini azaldacaq, məlumatların toplanması, onların aqreqasiyası(qarışdırılması) prosesinin şəffaflığını təmin edəcəkdir. Layihənin uğur qazanacağı təqdirdə o 2018-2021-ci illərdə həyata keçirilməsi planlaşdırılan və bu mərkəz tərəfindən işlənib hazırlanan “Rəqəmsal ÜİRÖM” nün əsasında duracaqdır.

ÜİROM-nin baş direktoru Valeri Fyodorov blokçeyn əsaslı “Exit Poll”un bütün mənalarda çox mühüm əhəmiyyətli layihə olduğunu bildirmişdir. O bunun həm rəhbəri olduğu mərkəz, həm araşdırma sənayesi və eyni zamanda Rusiya seçkiləri üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. İndiyə qədər Exit Poll zamanı DDoS hücumlarına məruz qalmamaq, çoxsaylı anonim hakerlər tərəfindən digər yarma, sistemin sındırılması cəhdinə məruz qalmamaq üçün seçkilərin keçirildiyi günlər saytları faktiki olaraq bağlamaq lazım gəlirdi. Cənab Fyodorov blokçeyn sayəsində məlumatların kiberhücumlardan mühafizə olunmasının artırılmasına nail olunmasının mümkünlüyü, informasiyanın ötürülməsi zamanı meydana çıxan boşluqların aradan qaldırılaraq bağlanması və toplanan məlumatların toxunulmaz və dəyişilməz olduğunu təmin etməyə imkan verdiyini bildirmişdir. Blokçeyn əsaslı sorğunun(Exit Poll) hələ ki keçirilməsinin, dünyada belə bir nümunənin olmadığını bildirmişdir. Bunu sınaqdan keçirmək üçün Estoniya və İrlandiyada ayrıca cəhdlər olmuşdur. Amma cənab Fyodorov 18 mart seçkilərində dünyaya bunu necə etməyin yolunu göstərmək üçün real şanslarının olduğunu bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et