Rusiyada kassa və satıcısı olmayan mağaza istifadəyə verildi | Banco.az

Rusiyada kassa və satıcısı olmayan mağaza istifadəyə verildi

Sadəcə olaraq mağazaya gəlib, ərzağın alıb gedirsən. Ödənişi kartdan avtomatik çıxırlar.

Rusiya Federasiyasında kassa aparatları və satıcıları olmayan mağaza test rejimində istifadəyə verildi. Alıcılar aldıqları məhsulun pulunu mobil tətbiq vasitəsilə ödəyəcəklər. 

Layihə Sberbank, Visa və "Азбука вкуса" tərəfindən hazırlanıb.

Hələ ki, test rejimində sınaqdan keçirilən layihə paytaxt şəhərdə istifadəyə verilib. Bu ay ərzində texnologiyadan hər kəs istifadə edə biləcək.

Sözügedən mağazada alış-veriş etmək üçün Take&Go tətbiqini yükləyib, ona Visa Bank kartını əlavə etmək lazımdır. Mağazaya giriş QR kod əsasında təşkil olunacaq. Alıcının ərzaq alış- verişinə kompüter vasitəsilə nəzarət ediləcək. Alıcı hər dəfə məhsul götürdükdə, həmin məhsulu alıcının yüklədiyi tətbiqin virtual səbətində görünəcək. 

Alıcı mağazanı tərk edən kimi tətbiqə əlavə olunmuş kartdan avtomatik olaraq məbləğ çıxılacaq. Alış- veriş qəbzi istifadəçinin elektron poçt ünvanına göndəriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et