Rusiyada istehlak kreditlərinin verilməsi azalıb | Banco.az

Rusiyada istehlak kreditlərinin verilməsi azalıb

Müəllif - Aida İsaq, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Rusiyada istehlak kreditlərinin verilməsi 41,3 faiz azalaraq 1,95 trilyon rubl təşkil edib. 

Banco.az  xəbər verir ki, analitiklərin fikrincə, doqquz ay ərzində kreditlərin veriıməsi daha çox Moskva, Sankt-Peterburq, Sverdlovsk vilayəti və Krasnodarda həyata keçirilib.

Oktyabrın sonunda Rusiya Mərkəzi Bankı ölkədə iki krediti olan vətəndaşların üstünlük təşkil etdiyini açıqlayıb. Bundan əlavə, bu dövrdə vətəndaşlar kredit kartlarından daha çox istifadə etməyə başlayıb. Belə ki, onların sayı 8,3 milyon nəfərdən 8,7 milyon nəfərə yüksəlib. İlin əvvəlindən banka olan borcunu ödəyə bilməyənlərin sayında da artım müşahidə olnub. Beləliklə, 90 gündən artıq vaxtı keçmiş nağd krediti olan şəxslərin sayı artaraq 3 milyon 760 min nəfərə çatıb.

Eyni zamanda, ipoteka kreditlərinin verilməsi 12 faiz artıb. Sentyabrda banklar 136,5 min ipoteka krediti verib. Analitiklərin məlumatına görə, emissiyanın həcmində ardıcıl dörd aydır ki, artımlar müşahidə olunur. Kreditlərin məbləği 518,1 milyard rubla çatıb ki, bu da avqust ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et