Rusiyada inflyasiya gözləntiləri azalıb | Banco.az

Rusiyada inflyasiya gözləntiləri azalıb

Müəllif - Aida İsaq, Banco.az

Dekabr ayı üzrə Rusiyada inflyasiya gözləntiləri azalıb.

Banco.az xəbər verir ki, inflyasiya gözləntiləri dekabrda 0,1% azalaraq 12,1%-ə düşüb. Ötən ay bu göstərici 12,2%, oktyabrda isə 12,8% səviyyəsində idi. Bundan başqa, Mərkəzi Bank ilin sonuna qədər Rusiyada inflyasiyanın 12-13% səviyyəsində olacağını, 2023-cü ildə isə artıq 5-7% səviyyəsində olacağını proqnozlaşdırıb. 

Qeyd edək ki, Rusiyada cari ilin dekabrın 6-dan 12-dək olan dövr üçün həftəlik inflyasiyanın 0,19% təşkil etdiyi açıqlanmışdı. Bundan öncəki həftə üçün müvafiq göstərici 0,58% təşkil edib.

 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et