Rusiyada inflyasiya aşağı düşüb | Banco.az

Rusiyada inflyasiya aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada oktyabrda illik inflyasiya əvvəlki ayla müqayisədə 13,68 faizdən 12,63 faizə düşüb.

Banco.az xəbər verir ki, Rusiyada oktyabr ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb.

Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqladığı məlumatlara görə, oktyabr ayında ölkədə ərzaq məhsullarının qiyməti illik əsasda 12,08 faiz artım göstərib.

Sözügedən dövrdə qeyri-ərzaq məhsullarının qiyməti 14,1 faiz, xidmət məhsullarının qiymətii isə 16,16 faiz bahalaşıb.

Rusiya Mərkəzi Bankının proqnozlarına görə, 2022-ci ildə ölkədə illik inflyasiyanın 12%-13%-ə çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et