Müəllif:Ayşən İmanova/Banco.az
Rusiyada 2025-ci il yanvarın 14-dən 20-dək olan dövrdə illik inflyasiya bir həftə əvvəlki 9,86%-ə qarşı 9,92%-ə qədər sürətlənib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində qida məhsulları sektorunda qiymətlər 0,34% dəyişib. Meyvə-tərəvəz istisna olmaqla, ərzaq məhsulları üzrə qiymət artımı 0,32% təşkil edib.
Qeyri-ərzaq sektorunda inflyasiya 0,22%, xidmətlər sektorunda isə 0,2% təşkil edib.
Mərkəzi Bank yaxın bir neçə ayda ölkədə inflyasiyanın sürət qazanmağa davam edəcəyini və 2025-ci ilin aprelində pik həddə çatacağını gözləyir.