Müəllif - Aida İsaq, Banco.az
Rusiyada illik inflyasiya sürətlənərək 12,7%-ə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Bankının direktorlar şurasının iclasının yekunlarına dair yaydığı məlumatda qeyd olunur. Beləliklə, 2023-cü ilin iyul ayından təxirə salınan kommunal xidmət tariflərinin indeksasiyası nəzərə alınmaqla, dekabrın 12-nə illik inflyasiya 12,7%-ə yüksəlib.
Eyni zamanda, bank noyabrda istehlak qiymətlərinin illik artım tempinin 12% təşkil etdiyini bildirib. Müvafiq göstərici oktyabrda 12,6% səviyyəsində müəyyənləşib.
Mərkəzi Bank mövcud pul siyasətinin nəzərə alınması ilə, Rusiyada illik inflyasiyanın 2023-cü ilə qədər 5-7%-ə qədər azalacağı, 2024-cü ildə isə 4%-ə gəlib çatacağı qənaətindədir.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu gün uçot dərəcəsini dəyişməyərək illik 7,5% səviyyəsində saxlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!