Müəllif - Aida İsaq, Banco.az
Rusiyada illik inflyasiya 9,43%-dən 7,65%-ə qədər azalıb.
Banco.az xəbər verir ki, martın 7-dən martın 13-dək olan həftədə inflyasiya 0,02% təşkil edib. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, meyvə-tərəvəzin və digər ərzaq məhsullarının yenidən ucuzlaşması səbəbindən ərzaq seqmentində deflyasiya davam edib. Qeyri-ərzaq məhsulları sektorunda qiymətlər çox dəyişməyib. Xidmət sektorunda daxili reyslərin bahalaşması səbəbindən qiymət artımı sürətlənib.
Qeyd edək ki, daha öncə, Rusiyanın Baş naziri Mixail Mişustin Rusiyada inflyasiyanın tədricən azaldığını və hazırda illik 4%-dən, yəni müəyyən edilmiş göstəricidən də aşağı olduğunu bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!