Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyada illik inflyasiya 6%-ə çatıb.
Banco.az xəbər verir ki, 2026-cı ilin yanvar ayında Rusiyada illik inflyasiya 2025-ci ilin dekabr ayının sonundakı 5,59%-dən 6%-ə yüksəlib.
Analitiklər inflyasiyanın 6,35% səviyyəsində olacağını proqnozlaşdırırdılar.
İnzibati və mövsümi xarakterli amillərin təsiri altında fərdi malların qiymətlərindəki dəyişikliklər istisna olunmaqla hesablanan əsas istehlak qiymətləri indeksi 2026-cı ilin yanvar ayında 100,95% təşkil edib. Bu göstərici 2025-ci ilin dekabr ayında 100,37% idi.
Yanvar ayında ərzaq məhsullarının qiymətləri 1,95% artıb. İllik müqayisədə isə ərzaq qiymətlərində 5,88% artım qeydə alınıb. Xüsusilə meyvə-tərəvəz qiymətləri yanvar ayında 8,76% bahalaşıb. İllik müqayisədə isə bu kateqoriya üzrə qiymətlər 3,40% ucuzlaşıb.
Qeyri-ərzaq məhsullarının qiymətləri yanvar ayında 0,61% artıb, illik müqayisədə artım 3,18% təşkil edib. Xidmət sektorunda isə qiymətlər yanvar ayında orta hesabla 2,33% yüksəlib, illik ifadədə artım 9,58% olub.
