Müəllif:Mehin Qasımova/Banco.az
Rusiyada il ərzində 30 yeni neft və qaz yatağı kəşf edilib.
Banco.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Belə ki, 2023-cü ildə Rusiyada 30 karbohidrogen yatağı aşkar edilib ki, onların da ən böyüyü Xəzər dənizinin şelfində və Orenburq vilayətində yerləşir.
Xəzər dənizinin şelfində “Lukoyl”un mütəxəssisləri tərəfindən səkkiz milyon tondan çox neft və 136 milyard kubmetr qaz ehtiyatı olan böyük yataq – R.U.Maqanovun adını daşıyan yataq aşkar edilib. Eyni zamanda "Qazprom" mütəxəssisləri tərəfindən Orenburq vilayətində 7,5 milyon neft aşkar edilib.
Ekspertlərin hesablamalarına görə, bir il ərzində ölkənin karbohidrogen ehtiyatları 470 milyon ton neft və 630 milyard kubmetr qazla tamamlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!