Rusiyada elektrik enerjisi istehsalı azalıb | Banco.az

Rusiyada elektrik enerjisi istehsalı azalıb

Müəllif -Aida İsaq, Banco.az

Rusiyanın elektrik enerjisi istehsalı yaydan bu yana azalıb. Belə ki, ölkənin Avropa hissəsində və Uralda elektrik enerjisi istehsalında illik müqayisədə bir faizdən çox, Şimal-Qərb enerji sistemində isə üç faiz azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, Şimal-Qərb enerji sistemində elektrik enerjisi istehsalının azalmasına səbəb olaraq Aİ-yə tədarükün dayandırılması göstərilir. 

Qeyd edək ki, illik elektrik enerjisinin yarıdan çoxu Avropaya ixrac edilib. Tətbiq olunan sanksiyalar fonunda beynəlxalq nağd ödənişlərin həyata keçirilməməsi səbəbindən çatdırılmalar dayandırılıb. Beş ay ərzində Rusiyanın regiona, 5 milyard kilovat-saata qədər ixrac həyata keçirdiyi qeyd olunur. Bütün bunlar ölkə daxilində elektrik enerjisinin topdansatış qiymətlərində də özünü göstərərək, illik müqayisədə müvafiq göstəricinin 2-4 faiz aşağı düşməsinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et