Rusiyada dövlət qulluqçularının əməkhaqqı artırılıb | Banco.az

Rusiyada dövlət qulluqçularının əməkhaqqı artırılıb

Rusiya Prezidenti Vladimir Putin dövlət qulluqçularının aylıq əməkhaqqının 3% artırılması barədə fərman imzalayıb.

Fərmana əsasən, 2020-ci il oktyabrın 1-dən federal dövlət mülkü qulluqçularının aylıq maaşları 1,03 misli qədər artırılacaq.

Bundan əvvəl Rusiya hökuməti hərbçilərin maaşlarını 3% artırmışdı.

Hərbiçilər, polis, Rosqvardiya və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqqı 2020-ci il oktyabrın 1-dən maaşlarının 1,03 misli qədər artırılacaq. Narkotiklərin dövriyyəsinə nəzarət orqanlarının işçilərinin isə pensiyaları 3% artırılacaq.

Qeyd edək ki, 2019-cu ildə hüquq mühafizə orqanlarının işçilərinin maaşları 4,3% artırılmışdı. Dövlət məmurlarının və hərbçilərin maaşları keçən il inflyasiyadan bir qədər çox artırılmışdı. 2019-cu ildə Rusiyada inflyasiyanın səviyyəsi 3% təşkil edib, 2020-ci ildə isə bu göstəricinin 4%-dən bir qədər aşağı olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et