Rusiyada dollar ucuzlaşıb | Banco.az

Rusiyada dollar ucuzlaşıb

Rusiyada ABŞ dollarının birja məzənnəsi düşməkdə davam edir və bu gün səhər 60,95 RUB/USD səviyyəsinə enərək illik minimumu yeniləyib.

Dekabrın 9-na olan məzənnə ilə müqayisədə dollar bu gün 2 rubl və ya 3% ucuzlaşıb.

Qeyd edək ki, dolların ucuzlaşmasında əsas amil bu gün, dekabrın 12-də neftin qiymətinin 5%-ə yaxın bahalaşaraq 57 dollar/barelə çatması olub. Danimarkanın "Nordea" bankının proqnozuna görə, Rusiyanın milli valyutasının möhkəmlənməsinin qarşısını ancaq ölkənin Mərkəzi Bankı ala bilər. Bunun üçün o, ya uçot dərəcəsini azaltmalı və ya valyuta bazarına valyutanın alışı yönümlü müdaxilə etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyada dolların məzənnəsinin 60 RUB/USD səviyyəsindən aşağı  düşəcəyi əsaslı şəkildə istisna edilir. Çünki, bu, Rusiyanın ixrac potensialına mənfi təsir göstərə bilər. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et