Rusiyada dollar ucuzlaşıb | Banco.az

Rusiyada dollar ucuzlaşıb

Rusiyada dollar kəskin şəkildə ucuzlaşıb. Bu barədə Rusiya mətbuatı yazır.

Rusiyada baş verənlərin dolayısı da olsa bizə təsiri danılmaz olduğu üçün bu ucuzlaşmanın da ölkəmizə hər hansı bir təsiri olub-olmaması da maraqlıdır.

Məsələ ilə bağlı İqtisadçı Fikrət Yusifov açıqlamasında bildirib ki, indiki dövrdə Rusiya rubulunun məzənnəsində baş verən hər hansı bir dəyişikliyi dayanaqlı dəyişiklik deyil: “Bu məzənnə dəyişikliyi ilk növbədə   dünya bazarlarında neftin qiymətlərində müşahidə olunan qiymət artımları ilə bağlıdır”.

İqtisadçı hesab edir ki,  Rusiya rublunun məzənnəsinin real və uzun müddətə möhkəmlənməsindən söhbət o zaman gedə bilər ki, neftin qiymətlərinin 100-110 dollara doğru artması yolunda gerçək görüntülər baş versin.

Ən sərfəli kredit üçün müraciət et

Bu isə hələlik baş vermir.

 “Normand dördlüyünün Minskdə Ukrayna - Rusiya münaqişəsi ilə bağlı əldə etdiyi saziş Rusiya tərəfinin saysız bəhanələri ilə lazımınca yerinə yetirilmir. Əslində bunun belə olacağı əvvəlcədən məlum idi. Bütün baş verənlərdə bir həqiqət var ki, Rusiya tərəfi bu münaqişəyə son qoymağa hələ pisixoloji cəhətdən hazır deyil. Daha doğrusu Qərb Rusiyanı öz iddalarından real olaraq əl çəkməsi üçün hələ çox iş görməlidir. Bax bu real "əl çəkmə" nə vaxt baş versə onda hər şey öz əvvəlki axarına qayıda bilər”.

Xatırladaq ki, Moskva birjasında dolların məzənnəsi rubla nisbətən 88 qəpik enərək 61,97 rubl təşkil edib. Avronun məzənnəsi isə 1,04 rubl ucuzlaşaraq 70,29 rubl təşkil edib.

atvxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et