Rusiyada ABŞ dollarının məzənnəsi 58 rubl səviyyəsini ötüb.
RİA agentliyinə istinadən xəbər verilir ki, buna səbəb dünya neft bazarında qiymətlərin düşməsi amili olub. Belə ki, "Brent" markalı neftin qiyməti bu gün, mayın 18-də Səudiyyə Ərəbistanının maliyyə nazirinin açıqlamalarından sonra 51 dollar/barelə qədər geriləyib. Qeyd edək ki, nazir ölkəsinin neftdən asılılığının 2030-cu ilə qədər bitəcəyini, 2020-ci ildə isə neftin qiymətinin 40 dollar/barelə qədər düşməsinin ciddi problem yaratmayacağını açıqlayıb.
Hazırda Rusiyada dolların məzənnəsi 57,9 RUB/USD səviyyəsində qərarlaşıb. "Report"un analitik qrupu məzənnənin ilin sonuna qədər 55-60 rubl/dollar diapazonunda qalacağını proqnozlaşdırır.