Rusiyada buğda ixracı azalır: Azərbaycanda unun qiymətləri ucuzlaşa bilər? | Banco.az

Rusiyada buğda ixracı azalır: Azərbaycanda unun qiymətləri ucuzlaşa bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son məlumatlara görə, Rusiyanın buğda ixracı bu il kəskin azalıb. Aprelin 1-dən 21-dək Rusiya 3,142 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azdır.

Rusiyanın buğda ixracında baş verən kəskin azalmanın Azərbaycanda unun qiymətinə təsirləri barədə iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkəmizdə bununla bağlı hər hansı problem müşahidə edilməyəcək:

“Rusiyanın taxıl ixracının azalması, taxılın istehsalı ilə əlaqəli deyil. Bu, Rusiyanın üzləşdiyi sanksiyalar və dünyanın digər taxıl ixracatçılarının çoxalması ilə əlaqəlidir. Artıq dünyada tələbatı ödəyəcək qədər taxıl istehsal edilir. Rusiya da taxıl ixracına məhdudiyyət qoymayıb.

Ölkəyə idxal olunan taxılın 60 faizi əsasən Rusiyadan  idxal olunur. Buna baxmayaraq Rusiyada buğda ixracının azalması qərarı Azərbaycanda qiymət artımı və qıtlığa səbəb olmayacaq. Bu tamamilə Rusiya bazarı ilə bağlı verilmiş qərardır”. 

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər hesab edir ki, Rusiyadan ixracın aşağı düşməsi yalnız o halda pis nəticələrə səbəb ola bilər ki, məhsul yığımı az olsun, satıla bilməsin. İndiki halda isə bol məhsul yığılsa da, satış problemi var. Bu da qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et