Müəllif - Aida İsaq, Banco.az
Rusiyada yanvar-aprel aylarında büdcə kəsiri 3,4 trilyon rubl artıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb. Müvafiq məsələylə bağlı fikirlərini bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə vəziyyətin nəzarət altında olduğunu açıqlayıb. O, həmçinin dövlət öhdəliklərinin yerinə yetirilməsi baxımından və artan kəsirin əhaliyə, biznesə dəstəyin azalması ilə bağlı sualı cavablayaraq ölkəsinin kifayət qədər yaxşı makroiqtisadi göstəricilərə sahib olduğunu qeyd edib. Onun sözlərinə görə, həm Maliyyə Nazirliyi, həm də dövlət başçısının keçirdiyi iqtisadi müşavirələrdə bu barədə dəfələrlə müzakirələr aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!