Rusiyada bu tarixdən mebel bahalaşacaq | Banco.az

Rusiyada bu tarixdən mebel bahalaşacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Martın birindən Rusiyada mebel  bahalaşacaq.

Banco.az-ın  məlumatına görə, bu barədə danışan mütəxəssisin fikrincə, yazın gəlişi ilə şkaf mebeli və masaların qiymətləri təxminən 10% artacaq.

Qarşıdakı aylarda kreslo və stullar 5-7% bahalaşa bilər. Rəflərin və müxtəlif saxlama sistemlərinin qiyməti 3% daxilində bir qədər artacaq. Bahalaşmaya səbəb Aİ-nin Rusiyadan DSP idxalına tətbiq etdiyi embarqo ilə bağlıdır.Bu materiallar əsas istehlak məhsulu sayıldığı üçün ölkəyə istehsalın azalması qiymətlərin bahalaşmasına səbəb olub. Qeyd edək ki, 2023-cü ilin sonunda Rusiyada mebel 10-20% bahalaşıb. Qiymətlərə əsasən artan logistika xərcləri, dəyişkən rubl və kadr çatışmazlığı fonunda sənaye işçilərinin maaşlarının artması təsir edib. Pandemiyadan öncə Rusiyada mebel biznesi işçilərin çatışmazlığı səbəbindən Hindistan və Pakistandan olan işçilərə maraq göstərirdi.

Qeyd edək ki, Rusiyadan Azərbaycana da mebel idxal olunur. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 120 milyon 847 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 20.9 milyon dollar çoxdur. 2022-ci ilin ilk 11 ayında Azərbaycana 99 milyon 899 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.76% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 249.8 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et