Bu sahə üzrə işləyənlər özünü xoşbəxt hesab edir | Banco.az

Bu sahə üzrə işləyənlər özünü xoşbəxt hesab edir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada konsaltinq sahəsində çalışan vətəndaşların özünü daha xoşbəxt hiss etdiyi məlum olub.

Banco.az xəbər verir ki, araşdırmalara əsasən, Moskva sakinlərinin 85 faizi bu sahədə işləməyi sevdiyini bildirib.

Həmçinin, müvafiq göstərici gözəllik sahəsində 81 faiz, marketinqdə 76 faiz, inzibati işlərdə 75 faiz və İT nümayəndələri arasında isə 74 faiz təşkil edib. Eyni zamanda, paytaxt sakinlərinin 69 faizi onların əməyini yüksək qiymətləndirib.

Sorğu iştirakçıları işə sevgilərini geniş karyera prespektivlərinin olması və əməkhaqqının yüksəkliyi ilə əlaqələndirib. Eyni zamanda sözügedən sahələrdə çalışmaq əməkdaşlar arasında qabiliyyət bacarıqlarını da inkişaf etdirdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et