Rusiyada 3 milyon vətəndaş may bayramında xaricə gedə bilməyəcək | Banco.az

Rusiyada 3 milyon vətəndaş may bayramında xaricə gedə bilməyəcək

Rusiyanın Federal Məhkəmə Pristavları Xidmətinin (FMPX) açıqlamasına əsasən, ölkənin 3 milyon vətəndaşı may ayındakı bayram tətillərində ölkədən kənara gedə bilməyəcək. Həmin vətəndaşların böyük əksəriyyəti vergi borcu olanlardır. Bu ilin birinci rübündə Rusiyada ümumilikdə 4,4 milyon vətəndaşın xaricə getmək hüququ məhdudlaşdırılıb. FMPX-nın açıqlamasında bu göstəricinin 2018-ci illə müqayisədə 1,5 dəfə artıq olduğu bildirilib və bunun səbəbi təqdim edilən icra sənədlərinin kəskin şəkildə artması ilə izah edilir. Açıqlamada xaricə getmək hüququnun məhdudlaşdırılmasının çox təsirli tədbir olduğu bildirilib: təkcə yanvar-mart aylarında rusiyalıların qaytardıqları borcun məbləği 19 milyard rubl (500 milyon manat) olub ki, bu da keçən ilin ümumi göstəricisindən 6,1 milyard rubl (160 milyon manat) çoxdur. Ekspertlərin rəyinə əsasən, xaricə getmək hüququ məhdudlaşdırılmış şəxslərin sayının çoxluğu ölkə vətəndaşlarının borclanmasının artımına şərait yaradacaq

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et