Rusiyada 2030-cu ildə iqtisadi şok gözlənilir | Banco.az

Rusiyada 2030-cu ildə iqtisadi şok gözlənilir

2030-cu ilə Rusiyada yaşı 40-a qədər olan işçilərin sayı 25% azalacaq və bu da ölkə iqtyisadiyyatında şoka səbəb olacaq. 

"Rambler News Servise"ə istinadən xəbər verilir ki, bu açıqlama ilə Moskvada keçirilən maliyyə forumunda Ali İqtisadiyyat Məktəbinin elmi-araşdırma institutunun əmək araşdırmaları mərkəzinin direktoru Vladimir Gimpelson çıxış edib. 

Ən sərfəli kredit üçün müraciət et

"Əgər son 15 ildə məşğulluq artıbsa və orta yaş həddi azalıbsa, gələcək 15 ildə tam əksinə olacaq. Rusiyanın demoqrafik proqnozlarının əmək bazarına təsirini hesablasaq, o zaman 2030-cu ilə qədər məşğulluq 8% və yaxud 6 mln. nəfər azalacaq. Son 15 ildə əmək bazarında gənc insanların sayı artırdısa, növbəti illərdə onlar 2015-ci illə müqayisədə 25% azalacaq. Bu isə ölkə iqtisadiyyatı üçün böyük şok yaradacaq",- deyə o, qeyd edib. 

Mənbə: Report.az