Müəllif - Aida İsaq, Banco.az
Rusiya 2023-cü ilin yanvar-aprel aylarında 10,5 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) ixracını həyata keçirib.
Banco.az xəbər verir ki, bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 11% azdır. Eyni zamanda, Avropaya LNG tədarükünün həcmi ötən ilin səviyyəsini qoruyub. Məlumata görə, Rusiya nəzərdən keçirilən dövrdə Avropaya 6,4 milyon ton, Asiyaya isə 3,7 milyon ton LNG tədarük edib. Ötən ilin yanvar-aprel aylarında Rusiyadan Avropaya yanacaq tədarükü 6,4 milyon ton, Asiyaya isə 5,3 milyon ton təşkil edib.
Apreldə Rusiyadan LNG ixracının ümumi həcmi 2,48 milyon tona (martda 2,6 milyon ton) düşüb, bunun 1,2 milyon tonu Avropaya göndərilib.
“Gas Infrastructure Europe”un məlumatına görə, bu ilin aprelində Aİ bazarına LNG tədarükü tarixdə rekord həddə çatıb. Bu ay ərzində Avropadakı LNG terminalları qaz nəqli şəbəkəsinə 12,073 milyard kubmetr yanacaq göndərib.
Bizi sosial şəbəkələrdən izləyin!!