Müəllif - Aida İsaq, Banco.az
Rusiya və İran stabilkoinin yaradılmasını müzakirə etməyə başlayıb.
Banco.az xəbər verir ki, hazırda xarici ticarət hesablaşmalarında dollar və rublu, eləcə də İran rialını əvəz edə biləcək tokenin yaradılmasının mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Məlumata görə, onun istifadəsi yalnız kriptovalyutaların dövriyyəsi tənzimləndikdən sonra mümkün olacaq. Rusiyanın dövlət dumasının informasiya texnologiyaları və kommunikasiyalar komitəsinin üzvü Anton Tkaçev müvafiq addımın atılmasını məqsədəuyğun hesab edib. Onun fikrincə, ölkə kriptovalyuta sənayesinin inkişafı baxımından olduqca əlverişlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!