Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Valyuta ehtiyatlarına görə Rusiya Səudiyyə Ərəbistanı qabaqlayaraq 442 milyard dollarla dünyada altıncı yerə yüksəlib.
Banco.az xəbər verir ki, məsələ ondadır ki, bu vəsaitlərin çoxu Qərb tərəfindən dondurulub və onlardan faktiki öhdəlik kimi istifadə etmək mümkün deyil.
İkincisi, bu gün Rusiya Federasiyasının valyuta ehtiyatları 2022-ci ilə qədər olduğu kimi dollar və avro ilə deyil, əsasən Çin yuanı ilə doldurulur.
Maraqlıdır ki, ötən ilin sonunda Rusiyanın valyuta ehtiyatları 2022-ci illə müqayisədə 3 milyard dollar azalıb. Səudiyyə Ərəbistanı qabaqlamaq isə Ər-Riyad hakimiyyətinin ehtiyatların ayrılmasına yanaşmalarını kökündən dəyişməsi ilə bağlıdır. Pullarının əksəriyyətini Mərkəzi Bankda saxlamaqdan imtina edən səudiyyəlilər milli inkişaf fondlarına önəm veriblər. Bundan əlavə, krallıq neft hasilatının səviyyəsindən asılı olaraq müəyyən edilən ehtiyatların həcminə yuxarı və aşağı həddlər qoyub.
“World Gold Council”un reytinqinə əsasən Rusiyadan yuxarıda Çin (3,3 trilyon dollar), Yaponiya (1,2 trilyon dollar), İsveçrə (755 milyard dollar), Hindistan (574 milyard dollar) və Tayvan (564 milyard dollar) qərarlaşıb. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarına gəlincə (sırf valyuta ehtiyatları ilə qarışdırımamalıdır), onlar, əsasən, sarı metalın bahalaşması hesabına son bir ildə 598,6 milyard dollara qədər artıb. Qızıl ehtiyatlarında qızılın həcmi dəyişməyərək 150 milyard dollar dəyərində 75 milyon saf troya unsiyası təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!