Rusiya-Ukrayna müharibəsi ABŞ iqtisadiyyatına necə təsir edib? | Banco.az

Rusiya-Ukrayna müharibəsi ABŞ iqtisadiyyatına necə təsir edib?

Müəllif - Aida İsaq, Banco.az

Rusiya-Ukrayna arasında baş verən hərbi əməliyyatlar fonunda ABŞ iqtisadiyyatı irəliləyiş əldə edib. Banco.az xəbər verir ki, Avropada başlayan enerji böhranı sayəsində ölkə iqtisadiyyatı tənəzzüldən xilas olub.

Məlumata görə, ABŞ iqtisadiyyatı enerji resurslarının Avropaya rekord ixracı hesabına güclənib. Beləliklə, üçüncü rübdə ABŞ-dan daşınmalar əvvəlki ilə müqayisədə 14,4% artıb. Çinin Renmin Universitetinin Chongyang maliyyə tədqiqatları institutunun baş elmi işçisi He Weiwen-in fikrincə isə, ixracı nəzərə almasaq ölkə iqtisadiyyatının mənfiyə doğru getdiyini görmək olar. Odur ki, ABŞ hələ də dərin tənəzzülün astanasındadır desək yanılmarıq.

Hazırda davam edən hərbi vəziyyət səbəbi ilə, ABŞ-ın Avropaya neft və qaz tədarükünün artması xüsusi diqqət çəkir. Çünki region tamamilə enerji böhranına qərq olub. Təkcə ilin birinci yarısında Avropaya LNG tədarükü 39 milyard kubmetr təşkil edib. Bundan əlavə, hazırda ABŞ-ın Ukraynadakı vəziyyətin bu formada davam etməsinə maraqlı olan tərəfə çevrildiyi düşünülür. Çünki bu, dövlətlər üçün yeni imkanlar pəncərəsi açır və enerji təchizatı hesabına mənfəətin artmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, oktyabrın ikinci yarısında amerikalı iş adamı İlon Mask ABŞ iqtisadiyyatında iqtisadi artımın ləngiməsinin 2024-cü ilin yazına qədər davam edə biləcəyini və bu zaman ölkədə tənəzzülün yaşanacağını proqnozlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram