Rusiya üçün əsas xarici valyutanın məzənnəsi minimuma düşüb | Banco.az

Rusiya üçün əsas xarici valyutanın məzənnəsi minimuma düşüb

Müəllif - Aida İsaq, Banco.az

Çin Xalq Bankı oktyabrın 25-də yuanın məzənnəsini bir ABŞ dolları üçün 7,1669-a endirib. Banco.az xəbər verir ki, bu, 2008-ci ilin 18 fevralından bəri ən aşağı göstəricidir. Yuanın ucuzlaşması aprelin sonuna təsadüf edir. Ucuşlaşma ölkənin koronavirus infeksiyası ilə üzləşdiyi və karantinin tətbiq edildiyi vaxtdan bu yana davam edir. Xüsusilə, Şanxayda icra olunan məhdudlaşdırıcı tədbirlər istehsal və logistika sahəsində durğunluqlara səbəb olub.

Rusiya üçün yuan, xüsusən də qoşunların Ukrayna ərazisinə daxil olmasından və Qərblə münaqişənin kəskinləşməsindən sonra əsas xarici valyutaya çevrilib. Son illərdə Rusiya Bankı beynəlxalq ehtiyatları dollar və avrodan yuana aktiv şəkildə köçürürərək cari ildə bu prosesi sürətləndirib.

İlin əvvəlindən etibarən dollar yuana qarşı 13%-dən çox bahalaşıb ki, bu da Çin valyutası üçün 1994-cü ildən bəri ən böyük eniş göstəricisidir. Rusiya üçün bu vəziyyət 10 milyard dollardan çox ehtiyat itkisi deməkdir.

Çin Kommunist Partiyasının baş katibi vəzifəsinə Si Cinpinin yenidən seçilməsi fonunda ölkə şirkətlərinin səhmlərinin çökdüyü bildirilmişdi. Buna iqtisadiyyatın dövlət tənzimlənməsi tərəfdarlarının mövqeyini gücləndirən və bazar üçün sərfəli olmayan qərarların qəbulu ehtimalını artıran ölkə rəhbərliyində kadr dəyişiklikləri kömək etdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram