Rusiya uçot dərəcəsini sabit saxlayıb | Banco.az

Rusiya uçot dərəcəsini sabit saxlayıb

Rusiya Bankı (Mərkəzi Bank) bu gün, oktyabrın 28-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyib və 10% səviyyəsində təsdiq edib. 

Rusiya Bankından verilən açıqlamada qəbul olunan qərarın ölkədəki inflyasiyanın dinamikası və iqtisadi aktivliyi ilə bağlı proqnozlara uyğun olduğu bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bankdan qeyd ediblər ki, istehlak qiymətlərinin düşməsində mövsümi amillər önəmli rol oynayıb və inflyasiyanın azalması ilə bağlı gözləntilər dayanıqlı hal almayıb.

Xatırladaq ki, sentyabr ayında keçirilən iclasında Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et