Rusiya uçot dərəcəsini qaldırdı - Rubl və dolları nə gözləyir? | Banco.az

Rusiya uçot dərəcəsini qaldırdı - Rubl və dolları nə gözləyir?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az 

Oktyabrın 27-də Rusiya Mərkəzi Bankı illik uçot dərəcəsini 13 faizdən 15 faizə yüksəltdi.

Banco.az xəbər verir ki, Bankın digər açıqlamasında Rusiyada 2023-cü ildə infilyasiya proqnozunun 6-7 faizdən 7-7.5 faizə yüksəldiyi bildirilib.

Artıq dördüncü  dəfədir ki, Rusiyada uçot dərəcəsinin artımı ilə bağlı qərar verilir. Rusiyada maliyyə analitikləri vəziyyəti şərh ediblər.

Alfa-Forex-in investisiya strategiyaları araşdırma departamentinin rəhbəri Spartak Sobolev bildirib ki, Rusiya Mərkəzi Bankı artan inflyasiya risklərinə cavab olaraq pul siyasətini sərtləşdirməyə davam edir. O hesab edir ki, uçot dərəcəsinin 15%-ə qaldırılması qərarı borclanma xərclərinin artması səbəbindən istehlak kreditləşməsi bazarının soyumasına gətirib çıxaracaq. Bu da bank depozitlərinin cəlbediciliyini artıracaq:

“Bazar 14% dərəcəsini gözləyirdi, lakin 15% aldı. Bu, bütün maliyyə və istehsal korporasiyaları üçün kəskin siqnaldır. Artıq investisiyaları və kredit xətlərini azaltmaq vaxtıdır. ÜDM-də azalma gözləyə bilərik. Nəticədə, idxala tələbat da azalacaq ki, bu da Rusiya valyutasının möhkəmlənməsinə, ilin sonuna qədər bir dollar üçün 75-80 rubla qədər möhkəmlənməsinə səbəb olacaq. Lakin belə yüksək göstərici yalnız ÜDM-in azalması və inflyasiyanın artması ilə deyil, həm də işsizliyin artması ilə nəticələnəcək”.

İqtisadçıların daha bir açıqlaması Mərkəzi Bankın yumşaqlıq nümayiş etdirəcəyi halda Rusiya valyutasının dəyərinin yenidən aşağı düşəcəyi istiqamətindədir.Bu zaman dolların məzənnəsi əvvəlki vəziyyətinə qayıda, ya da daha da yüksələ bilərdi.  Əgər Mərkəzi Bankın hərəkətləri ticarət iştirakçılarının gözləntiləri ilə üst-üstə düşsəydi, bu, faktiki olaraq Rusiya valyutasının dəyərinə heç bir təsir göstərməyəcəkdi.

Maliyyə eksperti Aleksey Kriçevski isə düşünür ki, rubl ilə bağlı  başqa çıxış yolu yoxdur:

“Birincisi, məzənnə indi Mərkəzi Bankın müdaxilələri və digər tədbirləri ilə deyil, ixracatçıların valyuta gəlirlərini satmaq öhdəliyi ilə formalaşır. İkincisi, məzənnənin açıqlanmasından sonra həm valyuta kursunun özünün sıçrayışları, həm də satış və alış həcmləri baxımından güclü hərəkətlər qeydə alınmadı. Rublun bir müddət möhkəmlənəcəyini söyləməyə dəyməz, lakin bu, həm də vergi dövrü ilə bağlıdır. Federal Vergi Xidmətinə vergi ödəmək üçün hər kəsə rubl lazımdır. Bütövlükdə, məzənnə 20%-ə qaldırılsa da, 5%-ə endirilsə belə, hazırda rubl üçün qlobal fərq yoxdur. Çünki nə dollar 70 rubla düşməyəcək nə də Amerika valyutasının isə 110-a qalxmasına imkan verilməyəcək”,- sitatın sonu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram