Rusiya təcili uçot dərəcəsini artıra bilər | Banco.az

Rusiya təcili uçot dərəcəsini artıra bilər

Dünya bazarında neftin qiymətinin 40 dollar/barelə düşməsi Rusiyanı təcili uçot dərəcəsini artırmağa məcbur edə bilər. Bunu iyulun sonunda "Bloomberg" agentliyinin keçirdiyi sorğuya qatılan iqtisadçıların 65%-i bildirib. Onların fikrincə, neftin qiyməti 40 dollar səviyyəsində qalarsa Rusiya iqtisadiyyatı bu il 5% geriləyəcək. Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu il uçot dərəcəsini 4 dəfə aşağı salıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, sorğuda iştirak edən iqtisadçıların 39%-i Rusiyada Yunanıstan kimi kapitalın hərəkətinə nəzarətin güclənəcəyini ehtimal edir. İqtisadçıların 22%-i isə bəzi bankların dövlət və ya iri banklar tərəfindən nəzarətə alınacağını istisna etmirlər.

Ən sərfəli kredit üçün müraciət et

Sorğunun nəticələrinə əsasən, 40 dollara düşən neft Rusiya rublunu 2015-ci ildə 65% zəiflədə bilər. Bu səbəbdən iqtisadiyyat bu il 5%, 2016-cı ildə isə 1% azalacaq.

Rusiya rublunun zəifləməsi bu ölkə ilə ticarət əlaqələri sıx olan dövlətlərin yerli valyutaları üzərində təzyiqi artıracaq. Əsasən MDB ölkələrinin milli valyutaları Rusiya iqtisadiyyatındakı bu cür dəyişikliklərdən ciddi ziyan çəkə bilər.