Rusiya Taxıl Dəhlizi sazişinin başa çatdığını elan edib | Banco.az

Rusiya Taxıl Dəhlizi sazişinin başa çatdığını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya: Taxıl Dəhlizi müqaviləsinə xitam verilib.

Banco.az xəbər verir ki, Rusiya Taxıl Dəhlizi sazişinin bu gündən etibarən artıq qüvvədə olmayacağını və irəli sürdükləri şərtlər yerinə yetirilməyənə qədər razılaşmaya qayıtmayacaqlarını açıqlayıb.

Taxıl Dəhlizi sazişinin uzadılması üçün danışıqların yekun saatlarında müqavilə çərçivəsində yük daşıyan sonuncu gəmi bazar günü Odessa limanını tərk edib.

Qeyd edək ki, müqavilə çərçivəsində ən çox daşınan məhsullar - buğda, qarğıdalı və soya fyuçersləri Çikaqo Ticarət Birjasında ardıcıl üçüncü sessiyada da bahalaşıb.

Xatırladaq ki, müqavilənin bir il əvvəl imzalanmasından bəri 32 milyon tondan çox Ukrayna taxılı təhlükəsiz şəkildə daşınıb və bu, dünya miqyasında taxılın qiymətinin aşağı düşməsinə kömək edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram