Rusiya SWIFT-dən imtina edir | Banco.az

Rusiya SWIFT-dən imtina edir

Rusiya maliyyə orqanları SWIFT sistemindən çıxmaq da daxil olmaqla, radikal Qərb sanksiyalarına hazırlaşmağa davam edirlər, baxmayaraq ki, belə bir ssenarinin reallaşması ehtimalı azdır.

Bu barədə çərşənbə axşamı Dövlət Dumasında keçirilən dəyirmi masada Rusiya Mərkəzi Bankı sədrinin birinci birinci müavini Olqa Skoroboqatova məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın bank sistemi, SWIFT-in Çin analoqu (Çin Beynəlxalq Ödənişlər Sistemi, CIPS) ilə inteqrasiyaya texniki cəhətdən hazırdır.

Skoroboqatova, "İnteqrasiyanı artıq etmişik, sınaqdan keçirdik və işləyir", - deyib.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram