Rusiya şirkətləri neft hasilatı və ixracındakı azalmanı qismən bərpa edib | Banco.az

Rusiya şirkətləri neft hasilatı və ixracındakı azalmanı qismən bərpa edib

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın neft şirkətləri 2022-ci ilin yazında hasilat və tədarüklərdə qeydə alınan azalmanı qısa zamanda bərpa edə bilib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin "ACRA" reytinq agentliyinin analitiklərinin hazırladığı hesabatda qeyd olunub.

Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Rusiyada xammal istehsalının ümumi həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 443 milyon tona çatıb. Bununla yanaşı, il ərzində istehsal tempi martda 4,1%, apreldə 2,4% azalma ilə müşahidə olunsa da, iyunda səviyyə 2,7% artıb.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın may ayında verdiyi açıqlamaya görə, cari ilin sonuna qədər Rusiyada neft hasilatının 524 milyon tondan 480-500 milyon tona qədər azalması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et