Müəllif - Aida İsaq, Banco.az
Rusiya şirkətlərinin əksəriyyəti (67 faiz) “dost olmayan ölkələrdən” idxal olunan ehtiyat hissələri və avadanlıqları Çin şirkətlərindən əldə etməyə başlayıb.
Banco.az xəbər verir ki, şirkətlərin 12 faizi Türkiyədən Şimali Koreyaya qədər digər "dost ölkələr"dən tədarükləri uğurla təmin edə bilib. Bir çox şirkətlər isə tükənən məhsullardan istehsalda istifadə etməkdən imtina edib.
Qeyd edək ki, ötən il Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 29,3 faiz artaraq 190,27 milyard dollara çatıb. 2022-ci ildə Çin Rusiyaya 76,1 milyard dollar dəyərində mal idxalını illik müqayisədə 12,8 faiz artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!