Rusiya şirkəti nəhəng LNG müəssisəsinin inşasına başlamaq qərarı verib | Banco.az

Rusiya şirkəti nəhəng LNG müəssisəsinin inşasına başlamaq qərarı verib

Rusiyanın müstəqil ən böyük qaz şirkəti "Novatek", Sibir bölgəsində "Arktik LNG 2" müəssisəsinin inşasına başlamaq qərarı verib.

"Novatek"dən verilən açıqlamada, 21,3 milyard dollarlıq kapitalla həyata keçiriləcək layihə üçün rəhbərliyin son investisiya qərarı verdiyi bildirilib.

Açıqlamada fikirlərinə yer verilən "Novatek"in İcraçı direktoru Leonid Mihelson, şirkətin qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında əhəmiyyətli bir oyunçu kimi irəlilədiyini qeyd edərək, "Bu gün, ikinci böyük LNG layihəmiz "Arktik LNG 2" üçün son investisiya qərarının qəbul edərək, dünyanın ən böyük LNG istehsalçılarından biri olmaq yolunda önəmli bir addım atdıq",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

"Arktik LNG 2", "Yamal LNG"dən sonra "Novatek" şirkətinin ikinci LNG istehsal müəssisəsi olacaqdır. İldə 19,8 milyon LNG istehsal edilməsi planlaşdırılan zavodun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et