Rusiya sanksiyalara görə ildə 40 milyard dollar itirir | Banco.az

Rusiya sanksiyalara görə ildə 40 milyard dollar itirir

Anton Siluanov ölkə iqtisadiyyatının sanksiyalar səbəbindən hər il təxminən 40 milyard dollar itirdiyini deyib

Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov ölkə iqtisadiyyatının sanksiyalar səbəbindən hər il təxminən 40 milyard dollar itirdiyini deyib.

Maliyyə naziri, həmçinin neftin 30 faiz ucuzlaşması nəticəsində büdcənin ildə 90-100 milyard dollar ziyana düşdüyünü də qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bir qədər əvvəl Prezident Vladimir Putin Rusiyanın enerji daşıyıcılarının qiymətinin “fəlakətli” enişinə hazır olduğunu bildirmişdi.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvaya qarşı sanksiyaların gücləndiriləcəyi təqdirdə hökumətin mümkün ssenarilər üzərində işlədiyini deyib.

Ən sərfəli krediti almaq üçün müraciət et